“Qəbələ” İdman Klubunun təmsilçisi Sənan Şükürov növbəti uğuruna imza atıb. İdmançımız Rusiyanın paytaxtı Moskvada keçirilən stroqman üzrə WRPF dünya çempionatında fərqlənib. Şükürov 90 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, 26 iştirakçının mübarizəsində ikinci yeri tutub. Təmsilçimiz bununla da dünya çempionatının gümüş medalını qazanıb.
Xatırladaq ki, çempionatda ümumilikdə 38 ölkədən olan idmançılar çıxış edib.