«Qəbələ»nin II təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi
Xəbərlər / 21 İyun 2023 | 15:262005
«Qəbələ»nin II təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb. Tədbirdə “Qəbələ”nin rəqibi müəyyənləşib.

“Qırmızı-qaralar” Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək. Elmar Baxşıyevin yetirmələri ilk matçı evdə keçirəcək. II təsnifat mərhələsinin qarşılaşmaları iyulun 27-də və avqustun 3-də baş tutacaq.