«Qəbələ»nin III təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşdi
Xəbərlər / 24 İyul 2023 | 16:211840
«Qəbələ»nin III təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşdi

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Tədbirdə “Qəbələ”nin mümkün rəqibi müəyyənləşib.

“Qırmızı-qaralar” Kiprin “Omoniya” klubunu keçsə, növbəti raundda “Midtulland” (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək. “Qəbələ”nin yer aldığı cütün güclüsü ilk matçı evdə keçirəcək. III təsnifat mərhələsinin qarşılaşmaları avqustun 10-da və 17-də baş tutacaq.

Xatırladaq ki, “Qəbələ” “Omoniya” ilə iyulun 27-də evdə, avqustun 3-də səfərdə görüşəcək.