«Qəbələ»nin III təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi
Xəbərlər / 18 İyul 2022 | 16:23257
«Qəbələ»nin III təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Tədbirdə “Qəbələ”nin potensial rəqibi müəyyənləşib.

“Qırmızı-qaralar” Macarıstanın “Fehervar” klubunu keçsə, növbəti raundda “Petrokub” (Moldova) – “Laçi” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. “Qəbələ”nin yer aldığı cütün güclüsü ilk matçı evdə keçirəcək. III təsnifat mərhələsinin qarşılaşmaları avqustun 4-də və 11-də baş tutacaq.

Xatırladaq ki, “Qəbələ” Fehervar”la iyulun 21-də səfərdə, 28-də evdə görüşəcək.