“Qəbələ” İdman Klubunun iki cüdoçusu dünya çempionatında iştirak edəcək. Kəramət Hüseynov və Uşanqi Kokauri sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək yarışda Azərbaycan millisinin şərəfini qoruyacaq. Milli Gimnastika Arenasında baş tutacaq yarışda Hüseynov 60 kq, Kokauri isə +100 kq çəki dərəcəsində mübarizə aparacaq.
Bu gün dünya çempionatının püşkatma mərasimi keçirilib. “Hilton” otelindəki tədbirdə təmsilçilərimizin də ilk rəqibləri müəyyənləşib. Yarışa 2-ci mərhələdən başlayacaq Kəramət belçikalı Yoran Şildermansla üz-üzə gələcək. İlk raunddan azad olan Kokauri isə belaruslu Vladislav Tsiarpitskini sınağa çəkəcək.
Xatırladaq ki, 60 kq çəki dərəcəsində yarış sabah keçiriləcək. +100 kq çəki dərəcəsində çıxış edən cüdoçular isə sentyabrın 26-da tatami üzərinə çıxacaq. Çempionata ertəsi gün baş tutacaq komanda yarışı ilə yekun vurulacaq.