“Qəbələ”nin iki futbolçusu Azərbaycan millisində
Xəbərlər / 22 Oktyabr 2024 | 17:011370
“Qəbələ”nin iki futbolçusu Azərbaycan millisində

“Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-15 yığmasına çağırılıb. Mehdi İsmayılov və Tunar Bayramovun dəvət aldığı 15 yaşadək futbolçulardan ibarət milli komanda oktyabrın 23-dən noyabrın 1-dək təlim-məşq toplanışı keçəcək.

 

Qəbələdə təşkil olunacaq toplanış zamanı U-15 Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Bu matçlar oktyabrın 28-də və 31-də baş tutacaq. Türkiyənin U-15 yığması isə oktyabrın 26-dan noyabrın 1-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.