«Qəbələ»nin iki futbolçusu Azərbaycan yığmasında 
Xəbərlər / 3 Oktyabr 2019 | 19:37219
«Qəbələ»nin iki futbolçusu Azərbaycan yığmasında 

"Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-21 yığmasına çağırılıb. Bunlar Amin Seydiyev və Rövlan Muradovdur. 

Onlar 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin oktyabrda keçiriləcək oyunlar üçün açıqlanan heyətində yer alıblar. Futbolçularımız AVRO-2021-in seçmə mərhələsinin ayın 10-da Fransa, 15-də İsveçrəyə qarşı keçiriləcək oyunlarının hazırlıqlarına qatılacaq. Yığmamızın ilk oyunu səfərdə, digər matçı evdə keçiriləcək.