Peşəkar Futbol Liqası 2018/19 mövsümünün rəmzi komandasını açıqlayıb. Siyahıda ötən mövsüm turun rəmzi “11-liy”inə ən çox düşən futbolçular yer alıb. “Qəbələ”də çıxış etmiş iki futbolçu da fərqlənənlər sırasına daxil edilib. Bunlar hücumçu Ceyms Adeniyi və müdafiəçi Voislav Stankoviçdir. Turun komandasına 9 dəfə düşən nigeriyalı hücumçu ön xətdə yer alıb. 6 dəfə “11-liy”ə daxil edilən serbiyalı müdafiəçi arxa xətt oyunçuları arasında fərqlənib