«Qəbələ»nin iki futbolçusu rəmzi komandada
Xəbərlər / 9 Oktyabr 2019 | 13:12237
«Qəbələ»nin iki futbolçusu rəmzi komandada

Azərbaycan Premyer Liqasında VII turun rəmzi komandası açıqlanıb. Peşəkar Futbol Liqasının “İnStat”ın təhlilinə əsasən müəyyənləşdirdiyi “11-lik”də “Qəbələ”nin iki futbolçusu yer alıb. Bunlar yarımmüdafiəçi Merab Qiqauri və hücumçu Klesio Baukdur. İndeksi 228-ə bərabər olan sonuncu ilk dəfə rəmzi komandaya daxil edilib. Merab isə ikinci dəfə “11-lik”dədir. Onun indeksi 296-ya bərabərdir.