«Qəbələ»nin iki futbolçusu rəmzi komandada, Alıyev turun oyunçusudur
Xəbərlər / 3 Mart 2020 | 15:26201
«Qəbələ»nin iki futbolçusu rəmzi komandada, Alıyev turun oyunçusudur

Azərbaycan Premyer Liqasının XIX turunun rəmzi komandası və ən yaxşı futbolçusu müəyyənləşib. “InStat”ın təhlilinə əsasən tərtib olunan “11-lik”də səfərdə “Zirə”ni 2:1 hesabı ilə məğlub edən “Qəbələ”nin iki futbolçusu daxil edilib. Qismət Alıyev 324, İvitsa Juniç 271 xalla rəmzi komandanın müdafiə xəttində yer alıb. Hər iki oyunçu mövsümdə 3-cü dəfə “11-liy”ə düşüb. Qismət həm də turun ən yaxşı futbolçusu seçilib. O, ən yüksək indeksə malik olub.