“Qəbələ”nin iki futbolçusu U-17-də
Xəbərlər / 8 Aprel 2025 | 21:471455
“Qəbələ”nin iki futbolçusu U-17-də

“Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-17 yığmasına çağırılıb.

 

Allahverdi Şirinov və Sübhan Rzayevin heyətində yer aldığı 17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı olacaq. Yığmamız aprelin 13-dən 20-dək Moldovanın paytaxtı Kişinyovda UEFA İnkişaf Turnirində iştirak edəcək.

 

Yığmamız turnirdə Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.