"Qəbələ”nin iki futbolçusu Azərbaycanın U-21 yığmasına çağırılıb. Bunlar Amin Seydiyevlə Rövlan Muradovdur. Onlar 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sentyabrda keçiriləcək heyətində yer alıblar. Futbolçularımız AVRO-2021-in seçmə mərhələsinin sentyabrın 6-da Slovakiya, 4 gün sonra Gürcüstanla qarşı keçiriləcək oyunlarının hazırlıqlarına qatılacaq. Yığmamızın hər iki oyunu evdə keçiriləcək. Millimiz rəqiblərini “Dalğa Arena”da qəbul edəcək.