“Qəbələ”nin iki futbolçusu Azərbaycan U-21 yığmasına çağırılıb. Emil Səfərov və Samet Karakoç millinin heyətində qarşıdakı iki görüş üçün yer alıb. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində martın 25-də Estoniya ilə qarşılaşacaq. Millimiz 4 gün sonra yoldaşlıq oyunu çərçivəsində Belarus millisi ilə qarşılaşacaq.