AFFA Azərbaycan milli komandasının Türkiyə milli komandası ilə 27 may 2021-ci il tarixdə nəzərdə tutulmuş yoxlama oyunu ilə əlaqədar olaraq Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində müvafiq dəyişiklik etməyi xahiş edib. Azərbaycan milli komandasının mənafeyini, bu yoldaşlıq görüşünün iki ölkə arasındakı dostluq və qardaşlıq baxımından vacib olduğunu nəzərə alaraq PFL aşağıdakı dəyişiklikləri həyata keçirir.
Xatırladaq ki, “Qəbələ” XXVII turda “Sabah”ı qəbul edəcək, XXVIII turda “Keşlə”nin qonağı olacaq. Bu qarşılaşmalar öncədən mayın 15-də və mayın 22-də keçirilməli idi.
Premyer Liqa
XXVII tur
14 may
XXVIII tur
19 may
Azərbaycan Kuboku
Final
24 may