“Qəbələ”nin iki oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 4 Mart 2025 | 12:5248
“Qəbələ”nin iki oyununun vaxtı müəyyənləşdi

I Liqada XVIII və XIX turların oyun cədvəlləri açıqlanıb.

 

“Qəbələ”nin iki matçının vaxtı və yeri dəqiqləşib. “Qırmızı-qaralar” II dövrənin son turunda “Zaqatala”nın qonağı olacaq. Martın 13-də Zaqatala OİK stadionunda baş tutacaq qarşılaşma 15:00-da start götürəcək.

 

Komandamız III dövrəyə evdə başlayacaq. “Qəbələ” XIX turda “Mingəçevir”lə qarşılaşacaq. Martın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

 

Hər iki qarşılaşma Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.

 

Qeyd edək ki, 16 oyundan sonra 42 xalla I Liqanın lideri olan “Qəbələ” XVII turda “Cəbrayıl”la görüşəcək. Martın 7-də keçiriləcək səfər matçı saat 13:00-da başlayacaq.