“Qəbələ”nin iki oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 20 Mart 2025 | 11:47277
“Qəbələ”nin iki oyununun vaxtı müəyyənləşdi

I Liqada XX və XXI turların oyun cədvəlləri açıqlanıb.

 

“Qəbələ”nin iki matçının vaxtı və yeri dəqiqləşib. “Qırmızı-qaralar” XX turda “Baku Sporting”in qonağı olacaq. Aprelin 4-də Binə qəsəbə stadionunda baş tutacaq qarşılaşma 16:00-da start götürəcək.

 

“Qəbələ” XXI turda “Difai” ilə qarşılaşacaq. Aprelin 11-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:00-da başlayacaq.

 

Hər iki qarşılaşma Peşəkar Futbol Liqasının I Liqa // II Liqa yutub kanalında canlı yayımlanacaq.

 

Qeyd edək ki, 18 oyundan sonra 46 xalla I Liqanın lideri olan “Qəbələ XIX turda “Mingəçevir”lə qarşılaşacaq. Martın 28-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.