Yeni mövsümə hazırlıqlarını davam etdirən "Qəbələ" növbəti yoxlama oyununu keçirəcək.
"Qırmızı-qaralar" "Kəpəz"lə üz-üzə gələcək. İyulun 21-də baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək. Matç Qəbələ şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, hazırlıq mərhələsinin ikinci mərhələsinə iyulun 17-i start verən Kaxaber Tsxadadzenin yetirmələri buna qədər bir oyunda qüvvəsini sınayıb. Komanda ayın 14-ü "Şamaxı" ilə matçda 2:1 hesabı ilə qələbə qazanıb.