“Qəbələ”nin ilk ev oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 17 Avqust 2026 | 10:2241
“Qəbələ”nin ilk ev oyununun vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında II turun oyun cədvəli açıqlanıb.

 

“Qəbələ”nin mövsümdəki ilk ev oyununun vaxtı müəyyənləşib. Komandamız avqustun 22-də meydana çıxacaq.


“Qırmızı-qaralar” “Şəfa”nı qəbul edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 18:30-da başlayacaq.

 

Qeyd edək ki, görüş “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.