AFFA Yüksək Qızlar Liqasında 2025/2026-cı illər mövsümünün püşkü atılıb.
Yarışda ötən mövsümlə müqayisədə komanda sayı iki dəfə artırılaraq 12-ə çatıb. İki dövrədən ibarət olacaq yarış ev-səfər prinsipi ilə dairəvi sistemlə keçiriləcək. “Qəbələ”nin qadınlardan ibarət komandası ilk matçda “Araz-Naxçıvan”ı qəbul edəcək.
Qeyd edək ki, AFFA Yüksək Qızlar Liqasında I turun oyunları oktyabrın 9-12-də keçiriləcək.