“Qəbələ”nin “İmişli” və “Neftçi” ilə oyunlarının vaxtı müəyyənləşdi
Xəbərlər / 27 Sentyabr 2025 | 13:1315328
“Qəbələ”nin “İmişli” və “Neftçi” ilə oyunlarının vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında VIII və IX turların oyun cədvəlləri açıqlanıb.

 

“Qırmızı-qaralar” VIII turda “İmişli”nin qonağı olacaq. Oktyabrın 18-də Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 14:30-da başlayacaq.

 

“Qəbələ” IX turda “Neftçi”ni qəbul edəcək. Oktyabrın 26-da baş tutacaq matç Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 16:00-da start götürəcək.

 

Qeyd edək ki, hər iki qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.