«Qəbələ»nin İtaliya gündəliyi
Xəbərlər / 20 Aprel 2014 | 21:21217
Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası İtaliyanın Turin şəhərində keçirilən Stefano Qusella xatirə turnirində çıxışını davam etdirir. Qrup mərhələsinin ilk iki oyununda 4 xal toplayan "qırmızı-qaralar" qrupun son matçında yerli "Torino" kollektivi ilə qarşılaşıb. Matç turinlilərin 3:1-lik qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin yeganə qoluna Cavidan Qasımlı imza atıb. Bu nəticədən sonra 4 xalla qrupu ikinci yerdə tamamlayan "Qəbələ" 13-24-cü yerlər uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə komandamızın rəqibləri "Qrasshopers" (İsveçrə) və "Milan" (İtaliya) olub. İlk matçda "Grasshopers"lə üz-üzə gələn "qırmızı-qaralar" isveçrəlilərə Cavidan Qasımlının yeganə qolu ilə qalib gəlib - 1:0. Növbəti görüşdə "Milan"la qarşılaşan "Qəbələ" 0:5 hesabilə məğlub olub. Sabah təmsilçimiz 17-20-ci yerlər uğrunda daha iki oyun keçirəcək. Xatırladaq ki, turnirdə 48 komanda medallar uğrunda mübarizəyə qoşulmuşdu.