“Qəbələ”nin “Kəpəz” və “Qarabağ”la oyunlarının vaxtı müəyyənləşdi
Xəbərlər / 12 Sentyabr 2025 | 16:3014050
“Qəbələ”nin “Kəpəz” və “Qarabağ”la oyunlarının vaxtı müəyyənləşdi

Misli Premyer Liqasında V və VI turların oyun cədvəlləri açıqlanıb.

 

“Qırmızı-qaralar” V turda “Kəpəz”i qəbul edəcək. Sentyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

 

“Qəbələ” VI turda “Qarabağ”ın qonağı olacaq. Sentyabrın 26-da baş tutacaq matç “Azersun Arena”da keçiriləcək. Görüş saat 19:00-da start götürəcək.

 

Qeyd edək ki, hər iki qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.