«Qəbələ»nin kikboksçusu Azərbaycan çempionu oldu
Xəbərlər / 4 İyul 2022 | 15:22119
«Qəbələ»nin kikboksçusu Azərbaycan çempionu oldu

“Qəbələ” İdman Klubunun kikboksçusu Əbdülhüseyn Qurbanov Azərbaycan çempionu olub. O, kikboksinq üzrə gənclər və yeniyetmələr arasında XXVI Azərbaycan birinciliyində fərqlənib. Təmsilçimiz Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışda uğura imza atıb. +91 kq çəkidə çıxış edən gənclərin yarışında mübarizə aparan Qurbanov bütün rəqiblərinə qalib gəlib. Ölkə çempionu adını qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.