«Qəbələ»nin komandaları mükafatlandırıldı
Xəbərlər / 30 Dekabr 2020 | 11:44206
«Qəbələ»nin komandaları mükafatlandırıldı

U-15 Liqa, U-16 Liqa, “Bakcell U-17 Liqa”, Gənclər Liqası, qızlar arasında UNICEF U-16 Liqası və Yüksək Liqasının 2019/2020-ci il mövsümünün qalibləri mükafatlandırılıb. Tədbir AFFA-nın inzibati binasında təşkil olunub. Ötən mövsümün qaliblərinə kubok və medallar təqdim edilib. Üç liqada çempion adını qazanan “Qəbələ”nin komandaları da mükafatlarını alıb. Təmsilçilərimiz U-15 Liqa, Bakcell U-17 Liqa və Gənclər Liqasında qızıl medallara layiq görülüb. 

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin 22 may 2020-ci il tarixində qəbul edilmiş qərarına əsasən, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar, Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində tədris prosesi ilə bağlı qəbul etdiyi müvafiq qərarlar nəzərə alınaraq, AFFA-nın təşkilatçılığı ilə keçirilən yuxarıda qeyd olunan liqalarda mövsüm başa çatdırılıb, mövcud vəziyyətdə birinci pillədə olan komandalar qalib elan olunub.