“Qəbələ”nin UEFA Konfrans Liqasının 2022/23 mövsümündəki ilk rəqibi II təsnifat mərhələsinin püşkatma mərasimində müəyyənləşəcək. Bugünkü tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək.
Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Mərasim ərəfəsində UEFA klubları qruplara bölüb.
“Qəbələ” 1-ci qrupda yer alıb. “Qırmızı-qaralar”ın püşkdə 5 mümkün rəqibi olacaq. Bunlar APOEL (Kipr), “Başakşəhər” (Türkiyə), “Fehervar” (Macarıstan), “Aris” (Yunanıstan) və “Radniçki” (Serbiya) klublarıdır.