Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb. Tədbir İsveçrənin Nyon şəhərində keçirilib.
“Qəbələ”nin bu turnirdəki ilk rəqibi müəyyənləşib. “Qırmızı-qaralar” bu raundda "Fehervar" (Macarıstan) ilə görüşəcək.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk oyunu səfərdə keçirəcək. Bu matç iyulun 21-də baş tutacaq. Cavab qarşılaşması ayın 28-də təşkil olunacaq.