Azərbaycan kubokunda 2021/2022-ci illər mövsümünün iştirakçı komandaları və püşkatmanın vaxtı müəyyənləşib. Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. Azərbaycan kubokunun püşkatma mərasimi noyabrın 10-da AFFA-nın inzibati binasında keçiriləcək. Püşkatmada “Qəbələ”nin kubokdakı rəqibi də bəlli olacaq. Tədbir saat 15:00-da başlayacaq.