«Qəbələ»nin məşqçisi “Tərəqqi” medalı ilə təltif olundu
Xəbərlər / 11 Mart 2019 | 15:11830
«Qəbələ»nin məşqçisi “Tərəqqi” medalı ilə təltif olundu

“Qəbələ” İdman Klubunun məşqçisi Dilarə Əhmədova fəxri adla təltif olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qadınlardan ibarət komandamızın baş məşqçisi “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Yüksək Liqa iştirakçısı “Qəbələ”ni çalışdıran Azərbaycanın əməkdar məşqçisi gabalafc.az-a açıqlamasında bunu ölkə idmanına dövlət səviyyəsində göstərilən diqqət və qayğının göstəricisi kimi qiymətləndirib: “Tərəqqi” medalı ilə təltif olunmağım bir az gözlənilməz oldu. Bunun Beynəlxalq Qadınlar Gününə təsadüf etməsi mənə ikiqat bayram sevinci yaşatdı. Azərbaycan Prezidenti İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Təltif olunmağımı komanda üzvləri də sevinclə qarşıladılar.  İllərlə çəkdiyim əziyyət itmədi. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" çərçivəsində başladığımız işi davam etdiririk. Qadın futbolunda ilk dəfə Bakıdan kənarda - “Qəbələ”nin bazasında fəaliyyət göstərən komandamızla qazandığımız uğurları davam etdirməyə çalışacağıq. Bu, üzərimizə əlavə məsuliyyət qoyur”.