«Qəbələ»nin məşqçisinə sertifikat
Xəbərlər / 18 Fevral 2023 | 15:391757
«Qəbələ»nin məşqçisinə sertifikat

Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyasının məşqçi sertifikat proqramına yekun vurulub. Tədbirdə iştirak edən məşqçilərə sertifikatlar təqdim olunub.

Bu mütəxəssislər arasında “Qəbələ”nin cüdo məşqçisi Ramil İsmayılov da yer alıb. O da müvafiq sertifikata yiyələnib. 

Təqdimat mərasiminə Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, vitse-prezident Zemfira Meftahətdinova, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və IJF Akademiyasının direktoru Envik Qalea qatılıb. Onlar məşqçilərə sertifikatlarını təqdim ediblər.