«Qəbələ»nin mövsümdə 5-ci çempionluğu
Xəbərlər / 14 İyun 2013 | 16:26258
«Qəbələ»nin mövsümdə 5-ci çempionluğu

“Qəbələ” Futbol Akademiyası 2012-2013 mövsümünü major notlarla yekunlaşdırıb. “Qırmızı-qaralar”ın U-19, U-17, U-16 və U-11 komandalarının ardından U-15 kollektivi də çempionluq tituluna yiyələnib. U-15 Liqasının son – həlledici turunda “Qəbələ” doğma meydançada “Bakı” ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən matç qonaqların darmadağını ilə yekunlaşıb – 5:0. “Qəbələ”yə 3 xal qazandıran qollara Nurlan Quliyev, Fərid Əsədli, Fərid Nəbiyev, Azər İsmayılov və Əhməd Mirzəyev imza atıb. Bu qələbədən sonra xallarının sayını 22-yə çatdıran Hüseynqulu Quliyevin yetirmələri rəqibləri üçün əlçatmaz olub. Liqanı “Əlincə” 18 xalla ikinci, “Bakı” 17 xalla üçüncü yerdə tamamlayıb. 
Xatırladaq ki, bu “Qəbələ”nin U-15 Liqasında ilk çempionluğu kimi tarixə düşdü.