«Qəbələ»nin müdafiəçisi yığmada
Xəbərlər / 24 May 2021 | 10:43192
«Qəbələ»nin müdafiəçisi yığmada

Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Mayın 25-dən 29-dək təşkil olunacaq yarışda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası da mübarizə aparacaq. “Qəbələ”nin müdafiəçisi Rüfət Əhmədov da yığmanın heyətində turnirə qatılacaq. Yığmanın hazırlıq xarakterli təlim-məşq toplanışında iştirak edən futbolçumuz turnirə yollanacaq yekun heyətdə yer alıb.

Xatırladaq ki, millimiz turnir çərçivəsində mayın 26-da Ukrayna, 27-də isə Özbəkistan yığması ilə qarşılaşacaq.