«Qəbələ»nin mümkün rəqibləri açıqlandı
Xəbərlər / 21 İyun 2023 | 12:222053
«Qəbələ»nin mümkün rəqibləri açıqlandı

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdən öncə komandalar qruplara bölünüb.

“Qəbələ” 9-cu qrupda yer alıb. “Qırmızı-qaralar” püşkatmada səpələnməmiş olacaq.

Komandamızı 5 mümkün variant gözləyir. “Qəbələ” II təsnifat mərhələsində “Fənərbaxça” (Türkiyə), PAOK (Yunanıstan), “Omoniya” (Kipr) və ya “Vaduts” (Lixtenşteyn) – “Neman” (Belarus), “Hegelmann (Litva) – “Şkupi” (Şimali Makedoniya) cütlərindən birinin qalibi ilə qarşılaşa bilər.

Xatırladaq ki, Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.