Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin yoxlama oyunlarının vaxtında dəyişiklik baş verib. Bu dəyişiklik qış hazırlıq prosesinin ikinci hissəsində baş tutmalı olan qarşılaşmalarla bağlıdır.
Həmin mərhələdə 3 sınaq matçına çıxacaq Roman Qriqorçukun yetirmələri yanvarın 22, 25 və 29-da deyil, 23, 25 və 27-də gücünü sınayacaq.
Qeyd edək ki, “Qəbələ” yanvarın 28-i axşam saatlarında vətənə qayıdacaq.