“Qəbələ”nin Azərbaycan Premyer Liqasında XII turunun oyununun yeri dəyişdirilib. “Qarabağ”ın Peşəkar Futbol Liqasına müraciəti və klubumuzun razılığı əsasında görüş Bakıda baş tutacaq. Bu görüşün meydan sahibi Ağdam təmsilçisi olacaq.
3-cü dövrədə - XVIII turda isə klubumuz “Qarabağ”la görüşün meydan sahibi olacaq. Həmin qarşılaşma martın 6-na təsadüf edəcək. Bu, ağdamlıların Avropa Liqasının qrupunda çıxış etməsi səbəbindən rəsmiləşib.
Qeyd edək ki, XII turun “Qarabağ” – “Qəbələ” matçı “Azersun Arena”da saat 14:00-da start götürəcək.