«Qəbələ»nin oyununda 4 qol
Xəbərlər / 24 Yanvar 2022 | 19:37253
«Qəbələ»nin oyununda 4 qol

“Qəbələ” – “Bohemians” (Çexiya) – 1:3

Mövsümün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Türkiyə toplanışı çərçivəsində sonuncu sınağına çıxıb. Antalyadakı üçüncü qarşılaşmada rəqib Çexiya “Bohemians”ı olub.

Baş məşqçi Elmar Baxşıyev bu matçda aşağıdakı “11-liy”ə şans verib: Nicat Mehbalıyev, Ehtiram Şahverdiyev, Məqsəd İsayev, Ruan Renato, Kamal Mirzəyev, Asif Məmmədov, Murad Musayev, İsnik Alimi, Ülvi İskəndərov, Rafael Utziq, Fernan Lopez.

Görüş qarşılıqlı hücumlarla keçib. İlk yarıda hesabı açan çexiyalılar 2 dəfə fərqlənib. Fasilədə və ikinci hissədə hər iki komandanın heyətində dəyişikliklər olub. “Qırmızı-qaralar” bu qollardan birinin əvəzini çıxıb. Komandamızın heyətində İsnik Alimi fərqlənib. Çexiya təmsilçisi görüşün sonralarında daha bir qol vuraraq 3:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, bu oyunla toplanışı başa vuran “Qəbələ” daha öncə Polşa “Zaqlembe”si (1:2) və Şimali Makedoniya “Boreç”i (1:0) ilə də görüşüb.