Sabah I Liqada XV tura start veriləcək.
Turun matçları iki günü əhatə edəcək. “Qəbələ” ilk oyun günündə meydana çıxacaq.
“Qırmızı-qaralar” Bakıda MOİK-lə qarşılaşacaq. Komandamızın paytaxt sınağı Binə qəsəbə stadionunda baş tutacaq.
Cari mövsüm I Liqada keçirdiyi bütün səfər qarşılaşmalarda qalib gələn Kaxaber Tsxadadzenin yetirmələri seriyanı 7-yə çatdırmaq üçün meydana çıxacaq. 14 turdan sonra 36 xala malik komandamız I Liqanın lideridir.
Qeyd edək ki, Binə qəsəbə stadionundakı oyun saat 14:00-da başlayacaq.
I Liqa, XV tur
19 fevral (çərşənbə)
14:00. MOİK – “Qəbələ”
Hakimlər: Səbuhi Bayramov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Alik Yunusov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
Binə qəsəbə stadionu