İyulun 18-də UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşk ərəfəsində komandalar qruplara bölünüb. “Qəbələ”nin potensial rəqibləri də bəlli olub. Macarıstanın “Fehervar” klubu ilə üz-üzə gələcək “qırmızı-qaralar” bu səddi adlasa, “Panatinaikos” (Yunanıstan), “Sepsi” (Rumıniya) - “Olimpiya” (Sloveniya), “Vlajniya” (Albaniya) - “Universitatya Krayova” (Rumıniya), “Koper” (Sloveniya) - “Vaduts” (Lixtenşteyn), “Petrokub” (Moldova) - “Laçi” (Albaniya) cütlərinin qaliblərindən biri ilə görüşəcək.