“Qəbələ”nin Topaz Premyer Liqasının XVII turunda keçirəcəyi oyunun vaxtı müəyyənləşib. Fevralın 17-də “Qarabağ”a qarşı baş tutacaq səfər matçı saat 17:30-da start götürəcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Xatırladaq ki, bu matçadək “Qəbələ” XVI turun fevralın 9-da keçiriləcək görüşündə “Sabah”ın qonağı olacaq. “Əlincə Arena”dakı oyun saat 16:00-da başlayacaq.
Topaz Premyer Liqası
XVII tur
17 fevral (bazar)
17:30. “Qarabağ” – “Qəbələ”
Tofiq Bəhramov adına Respublika stadionu