«Qəbələ»nin rəqibi müəyyənləşdi
Xəbərlər / 20 Dekabr 2018 | 20:53282
«Qəbələ»nin rəqibi müəyyənləşdi

“Qəbələ”nin Azərbaycan kubokunun yarımfinalındakı rəqibi müəyyənləşib. “Qırmızı-qaralar” bu mərhələdə “Qarabağ”la qarşılaşacaq. Bu, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən son görüşdən sonra bəlli olub. “Keşlə”ni mübarizədən kənarlaşdıran Ağdam təmsilçisi “Qəbələ”yə rəqib olub. 4 gün əvvəl keçirilən ilk matçda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” cavab oyununda heç-heçəyə nail olub.

Yarımfinal mərhələsinin matçları 2019-cu ildə baş tutacaq. “Qəbələ” aprelin 23-dəki ilk oyunu evdə, mayın 1-dəki cavab görüşünü səfərdə keçirəcək. Bu raundun digər cütündə “Sumayıt”la “Zirə” qarşılaşacaq.

Xatırladaq ki, “qırmızı-qaralar” 1/4 final mərhələsində “Sabah”la keçirdiyi hər iki oyunda 1:0 hesabı ilə qalib gəlməklə yarımfinala yüksəlib.