«Qəbələ»nin rəqibi müəyyənləşdi
Xəbərlər / 31 Avqust 2021 | 16:22188
«Qəbələ»nin rəqibi müəyyənləşdi

UEFA Gənclər Liqasında 2021/22 mövsümünün Çempionlar yolunun püşkatması keçirilib. Tədbirdə ilk iki mərhələnin cütləri bəlli olub. AFFA-nın təşkil etdiyi “Gənclər kuboku”nun qalibi olan “Qəbələ”nin rəqibi də müəyyənləşib. 19 yaşadək futbolçulardan ibarət komandamız bu mərhələdə Niderlandın “Alkmaar” klubu ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri sentyabrın 29-da və oktyabrın 20-də keçiriləcək. “Qırmızı-qaralar” ilk matça evdə çıxacaq.

 Bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəlli olub. Komandamız mərhələ adlasa, “Şikszereda” (Rumıniya) – “Anje” (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək. “Alkmaar” – “Qəbələ” cütünün qalibi noyabrın 3-də və 24-də baş tutacaq mərhələnin ilk matçımı səfərdə keçirəcək.