“Qəbələ”nin Azərbaycan kubokunun yarımfinalındakı rəqibi müəyyənləşib. “Qırmızı-qaralar” bu mərhələdə “Səbail”lə qarşılaşacaq.
Bakı klubu 1/4 final mərhələsində “Sabah”la görüşüb. Evdəki ilk görüşdə 3:2 hesabı ilə qalib gələn “Səbail” bugünkü səfər sınağında da qələbə qazanıb – 1:0.
Yarımfinal mərhələsinin matçları 2023-cü ildə keçiriləcək. Aprelin 19-dakı ilk görüş Qəbələdə təşkil olunacaq. Komandalar 8 gün sonra Bakıda üz-üzə gələcək.
Xatırladaq ki, “Qəbələ” 1/4 finalda “Qarabağ”ı məğlub edib. Səfərdə 2:2 hesablı heç-heçəyə nail olan komandamız evdə minimal hesabla qalib gəlib.