UEFA Gənclər Liqasında 2023/24 mövsümünün Çempionlar yolunun püşkü atılıb. Tədbirdə ilk iki mərhələnin cütləri bəlli olub.
Azərbaycan Gənclər Liqasının çempionu “Qəbələ”nin rəqibi də müəyyənləşib. 19 yaşadək futbolçulardan ibarət komandamız ilk raundda Macarıstan təmsilçisi "Puşkaş Akademiya" ilə qarşılaşacaq. Bu mərhələnin görüşləri oktyabrın 4-də və 25-də keçiriləcək. “Qırmızı-qaralar” ilk matça evdə çıxacaq.
Bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəlli olub. “Qəbələ” mərhələ adlasa, "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelinin qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin qarşılaşmaları noyabrın 8-də və 29-da təşkil olunacaq. “Qəbələ” – “Puşkaş Akademiya” cütünün qalibi ilk matçımı evdə keçirəcək.