“Qəbələ”nin rəqibi müəyyənləşəcək
Xəbərlər / 19 Sentyabr 2024 | 18:17127
“Qəbələ”nin rəqibi müəyyənləşəcək

Azərbaycan Kubokunun 2024/25-ci illər mövsümünün püşkatma mərasiminin yeri və vaxtı müəyyənləşib. Mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq.


Sentyabrın 30-da təşkil ediləcək tədbir saat 15:00-da başlayacaq. Tədbirdə “Qəbələ”nin rəqibi də bəlli olacaq. Azərbaycan Kubokunun 2024/25 mövsümündə Misli Premyer Liqası, I Liqa və II Liqanın bütün klubları iştirak edəcək.

 

Ölkə kubokunda 1-ci təsnifat mərhələsi oktyabrın 12-13-də, 2-ci təsnifat mərhələsi 29-30-da baş tutacaq. 1/8 final isə dekabrın 3-4-də təşkil olunacaq.

 

Qeyd edək ki, püşkatma mərasimi “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.