Hollandiyanın Arnem bölgəsində növbəti mövsümün hazırlıqlarını davam etdirən "Qəbələ"nin toplanış çərçivəsində sınaq oyunlarında qarşılaşacağı bütün rəqibləri müəyyənləşib. "Qırmızı-qaralar" aşağıdakı komandalarla qüvvəsini sınayacaq:
17 iyul - "AFC Arnem" (Hollandiya)
20 iyul - "AZ Alkmaar" (Hollandiya)
23 iyul - "Konyaspor" (Türkiyə)
26 iyul - "Heerenven" (Hollandiya)
Xatırladaq ki, "Qəbələ" iyulun 27-i Hollandiya toplanışını yekunlaşdıraraq vətənə dönəcək.