“Qəbələ”nin səfər sınağı
Xəbərlər / 5 Fevral 2025 | 16:03442
“Qəbələ”nin səfər sınağı

Sabah I Liqada XIII tura start veriləcək.

 

Bu matçlar iki günü əhatə edəcək. “Qəbələ” ilk oyun günündə meydana çıxacaq.

 

“Qırmızı-qaralar” 2025-ci ilin ilk səfərində “Difai”nin qonağı olacaq. Qarşılaşma Şamaxı OİK stadionunda baş tutacaq.

 

12 turdan sonra 30 xalla I Liqanın lideri olan Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda bu oyunlarda qol buraxmayıb. Səfərdəki bütün qarşılaşmalarda qalib gələn komandamız qələbə seriyasını 5-ə çatdırmaq üçün meydana çıxacaq.

 

Qeyd edək ki, oyun saat 14:30-da başlayacaq.

 

I Liqa, XIII tur

6 fevral (cümə axşamı)

14:30. “Difai” – “Qəbələ”

Hakimlər: Şamil İmanzadə, Aydın Bəxşiyev, Elman Kərimov, Emin Əliyev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Asif Əliyev

Şamaxı OİK stadionu