Bu həftə UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Tarixində ilk dəfə bu mərhələdə çıxış edən “Qəbələ” Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşacaq. Təmsilçimizin ilk sınağı səfərdə olacaq. İyulun 16-da keçiriləcək qarşılaşma Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Çukaritsa şəhərindəki “Çukariçki” stadionunda baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Serbiyadakı qarşılaşma öncəsi məşqlərini Qəbələdə keçirən “qırmızı-qaralar” bu gün hazırlıqlarını yekunlaşdıracaq. “Qəbələ” sabah Belqrada yollanacaq. Komandamız ouimöncəsi son məşqini “Çukariçki” stadionunda keçirəcək.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun, 16 iyul
23:30. “Çukariçki” (Serbiya) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Radu Petresku (Rumıniya)
Baş hakimin köməkçiləri: Ovidiu Artene, Vladimir Urzixa (hər ikisi Rumıniya)
Dördüncü hakim: Marsel Birsan (Rumıniya)
UEFA nümayəndəsi: Joze Gilyerme Aquiar (Portuqaliya)
Hakim-inspektor: Plarent Koterja (Albaniya)
Belqrad. “Çukariçki” stadionu