“Qəbələ”nin Topaz Premyer Liqasında keçirəcəyi növbəti iki matçın bütün təyinatları müəyyənləşib. “Qəbələ”nin III turdan təxirə salınan “Sumqayıt”la sentyabrın 22-də və VI turun sentyabrın 25-də “Zirə” ilə qarşılaşmasına hakim, hakim-inspektor və AFFA nümayəndəsi açıqlanıb. Sabah baş tutacaq görüşün baş hakimi Rauf Cabbarov olacaq. Həftəsonu keçiriləcək matç isə Rəvan Həmzəzadəyə həvalə edilib.
Xatırladaq ki, “qırmızı-qaralar” “Sumqayıt”la evdə, “Zirə” ilə səfərdə görüşəcək.
Topaz Premyer Liqası
III turdan təxirə salınan oyun
22 sentyabr
17:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
VI tur
25 sentyabr
18:00. “Zirə” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Nahid Əliyev, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şaiq Həmidov
Zirə İdman Kompleksinin stadionu