“Qəbələ”nin üç futbolçusu Azərbaycanın U-21 yığmasına çağırılıb. Bunlar Murad Popov, Amin Seydiyev və Rövlan Muradovdur. Onlar millimizin AVRO-2021-in seçmə oyununa çağırılan heyətdə yer alıblar. Millimiz seçmə tsiklin iyunun 6-da keçiriləcək ilk görüşündə Lixtenşteynlə qarşılaşacaq. Matç Eşen şəhərində baş tutacaq.