“Qəbələ”nin futbolçuları Azərbaycan milli komandalarına dəvət alıblar.
Eşqin Əhmədov U-21 yığmasına çağırılıb. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək. Yığmamız Portuqaliya ilə səfərdə, Bolqarıstanla evdə üz-üzə gələcək.
U-21 sentyabrın 1-də təlim-məşq toplanışına başlayacaq. B qrupunda yer alan millimiz sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:30-da Barseluşda Portuqaliya, sentyabrın 9-da, saat 18:00-da isə Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq.
Həbib Huşənov və Ziya Şəkərxanov isə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışına qatılıblar. Yığmamız avqustun 30-da və 31-də Bakıda, sentyabrın 1-dən 10-dək isə Sloveniyanın Çatej şəhərində hazırlıq keçəcək.
U-19 Çatej toplanışı çərçivəsində “Slovenia Nations Cup” yoldaşlıq turnirində iştirak edəcək. Komandamız İslandiya, Farer adaları və Polşanın müvafiq yaş qrupundan ibarət yığmaları ilə qarşılaşacaq.