«Qəbələ»nin üç futbolçusu Azərbaycan milli komandasında
Xəbərlər / 28 Sentyabr 2017 | 19:33334
«Qəbələ»nin üç futbolçusu Azərbaycan milli komandasında

Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin 3 futbolçusu yığmaya çağırılıb. Bunlar müdafiəçi Ürfan Abbasov, yarımmüdafiəçi Cavid Hüseynov və hücumçu Ruslan Qurbanovdur. Onlar millinin oktyabrda keçiriləcək oyunlarının hazırlıq prosesində iştirak edəcəklər.
Azərbaycan yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində son iki oyununu gələn ay keçirəcək. Komandamız oktyabrın 5-də Çexiya ilə Bakıda, ayın 8-də Almaniya ilə Kayzerslauterndə qarşılaşacaq.